ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
faiq | 25 Fevral 2014 10:15
SAlam hekim..Verdiyim hormonal muayinelerde testesteron 341 norma 160-810Zehmet olmasa deyin bu neticeler menim faiz gostericilerime tesir ede bilermi.Mene hormonal mualice lazimdirmi?sag olun.
Dr.Orxan Agabəyov | 26 Fevral 2014 06:40
Salam Faiq. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
nigar | 25 Fevral 2014 08:51
salam. Men yeni aile qurmusam cox qorxuram ve cinsi elaqede olabilmirem ama yoldasim istiyir elaqede olmaq. Nece edim ki cinsi elaqede olabilim aramizda problem yaranmasin . Tesekkur
Dr.Orxan Agabəyov | 26 Fevral 2014 06:14
Salam Nigar. Sizdə çox güman ki, vaqinizm problemi var, xüsusi müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rafael | 25 Fevral 2014 07:02
Salam doktor,mənim penisimin Ereksiya vəziyyətində uzunlugu normal olçüdə olur,ama çox nazikdi (arıqdı) .Bunu hər hansisa müalicə və ya dərmanla böyütmək olarmı ? Öncədən təşəkkürlər.
Dr.Orxan Agabəyov | 26 Fevral 2014 06:13
Salam Rafael. Yalnız əməliyyat yolu ilə. Uğurlar.
timur | 24 Fevral 2014 23:07
bir daha salam. Menim xayamda olan agri kecib. Meni maraglandiran supermamin su kimi olmasidir son 1 ayda.. Citdi bir problemdir ? Ve bununcun analiz lazimdirsa xerci ne qederdir. Zehmet olmasa
Dr.Orxan Agabəyov | 26 Fevral 2014 06:05
Salam Timur. Spermoqramma analizi - 20 AZN-dir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ilham | 24 Fevral 2014 20:51
Salam doxdur menim wikayetim tez bowalmag elaqelidir onun aradan tez qalxmasi üçün neynemek lazimdi?
Dr.Orxan Agabəyov | 26 Fevral 2014 06:03
Salam İlham. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Akif | 24 Fevral 2014 20:51
Salam hekim.Menim cinsiyyet orqanimda daha deqiq desek xayalarimin etrafindan qoxu gelir.Bu neden ola biler?cavabiniza gore qabaqcadan minnetdarliq.
Dr.Orxan Agabəyov | 26 Fevral 2014 06:03
Salam Akif. Ola bilər göbələk infeksiyası olsun, amma dəri problemlərinin dəqiq qiyabi diaqnostikası mümkün deyil. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
anonim 1 | 24 Fevral 2014 19:35
salam hekim menim cinsi orqanimda berkime gedir ele il kireclenmedir bunun sebei ne ola biler umumiyyetle bu rast gelinen bir seydirmi?
Dr.Orxan Agabəyov | 26 Fevral 2014 06:38
Salam Anonim 1. Penis toxumasında fibroz toxuma yarana bilər. Belə situasiyada mütləq dəqiq diaqnostika lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Səyyad | 24 Fevral 2014 17:21
Salam hekim 24 yasim var mende cinsi zeiflik ,isteksizlik ve tez bosalma hallari var.sunnetim ise hemise ölü veziyyetinde olur.qabaqlar bele olmayib.aileliyem 1 usaqimda var.cox xahiş edirem mene komeklik edesiniz
Dr.Orxan Agabəyov | 26 Fevral 2014 05:57
Salam Səyyad. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar.  055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
Elçin | 24 Fevral 2014 17:10
Salam doktor. 27 yaşım var. 1ildir ki ailəliyəm,övladım olmur. 1aydır ki,prostatitden müalicə olunurdum. Müayinələrin nəticəsinə görə prostatit diaqnozu qoyulmuşdu. Müalicədən sonra spermoqram analizi vermişəm,nəticələr aşağıdakı kimidir: Eyakulyatın həcmi 4.4 ml Xarici görünüşü bozumtul ağ, homogen Konsistensiyası 2 sm pH 7.3 Cinsi pəhriz (günlərlə) 4 gün Durulaşma vaxtı 80 dəqiqə Spermatozoidlərin 1 ml- də miqdarı 28 mln. Eyakulyatda spermatozoidlərin ümumi sayı 123.2 mln. İrəli hərəkətlilər 24 % Rəqsi hərəkətlilər 42 % Hərəkətsiz 34 % Hərəkətli spermatozoidlər sayı 66 % Morfoloji normal (Kryuqer üsulu) 9 % Başcıq(patoloji) 59 Boyuncuq(patoloji) 6 Qarışıq(patoloji) 26 Canlı spermatozoidlər 78 % Spermatogenez hüceyrələri 2 % Spermaqqlütinasiya Yoxdur Leykositlər
Dr.Orxan Agabəyov | 26 Fevral 2014 05:54
Salam Elçin. Spermoqrammanın əsas göstəricilərindən olan, irəli hərəkətli spermotozoidlərin faizi normaya uyğun deyil. Bir müddətdən sonra təkara analiz verin, əgər göstəricilərdə artım olmasa. prostatitdən savayı səbəblər araşdırılmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ilkin | 24 Fevral 2014 14:18
Salam hekim.bu neticelerle uwaga qalmaq mumkundur?spermaqrammadan analiz vermiwem cvb beledir.: Eyakulyatin miqdari 3,5ml 2,0-5,0; Eyakulyatin rengi bozumtul-ag - bozumtul ag; Eyakulyatin iyi speftefik - speftefik; Cinsi pehriz 5gun 3-7; Durulawma vaxti 30deq on 12% 25den az; D)Hereketsiz 39% 25den az; Yararli spermatozoidler (A B) 49% 50den cox;Yararsiz spermozoidler (C D) 51% 50den az; Degenerativ formalar 73% ositler 1-3 g.s 4-6; Epitel huceyreleri 0-1 - az miqdarda; Eritrositler - - yox; Trixomonadlar - - yox; Amiloid cisimcikleri - - yox; Betxer kristallari -
Dr.Orxan Agabəyov | 26 Fevral 2014 05:51
Salam İlkin. Spermoqrammanın əsas göstəriciləri normaya uyğun deyil, səbəbləri dəqiqləşdirib müalicə kursu keçməyiniz məsləhətdir. Amma analiz köhnə normativlər olan klinikada verilib, hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3grupa bölünür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.