ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
afis | 27 Fevral 2014 04:30
Salam.Həkim mən partnyorumla həftədə 1dəfə gorüşürəm,gecədə 7-8 dəfə boşalıram bilmək istiyirəm onun mənim kişiliyimə ziyanı varmı?
Dr.Orxan Agabəyov | 28 Fevral 2014 12:46
Salam Afis. Xeyr, əgər özünüzü məcbur etmirsizsə - ziyanı yoxdur. Uğurlar.
Riad | 26 Fevral 2014 22:52
Salam doktor Xroniki Sistit Ve Uretrit yalniz dermanla mualice oluna biler ve nece muddete sagalar xaiw vaxtin yazin suala cvb yazin xaiw tskkrler
Dr.Orxan Agabəyov | 27 Fevral 2014 08:01
Salam Riad. Bəli, bu xəstəliklər dərman preparatları ilə müalicə olunur. Aktiv müalicənin müddəti 15 gün təşkil edir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.  
Ayka | 26 Fevral 2014 20:28
Salam bagiwlayin üzür isteyiram,doktor menim 26 yawhim var 7 ildi aileliyam AMA ki sikayatim odurki bilmak isterdim ki men niya cinsi alaqa vaxti bowhala bilmiram?çox ehtirasliyam AMA ki istadiklarimi qarwi tarafdan ala bilmiram neca olursa olsun bu meni çox narahat edir problemlar yawhayiriq buna gora xahiw ediram bir cavab yazasiz bu Bir xastalikdimi men ne edim?
Dr.Orxan Agabəyov | 27 Fevral 2014 07:59
Salam Ayka. Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, hormonların səviyyəsindən, cinsi əlaqənin müddətindən (ola bilər ki, partnyorda boşalma tez olur, və müddət qadına orqazma çatmağa kifayət etmir). Bir də ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var.  Uğurlar.
anonim | 26 Fevral 2014 19:27
Salam hekim. Son vaxtlar mende hevessizdik, cinsiyyetin yaxwi berkimemesi,tez bowalma,demek olarki 30 saniyeye ve bir azda tezkimi oluram. mende aqrilar olur adeten qarin bowluqunda,xayalarda sancive birdekanalda. xahiw edirem bununla baqli oz meslehetinizi vererdiz. uziden ve analizderimde qaranliq bir wey gostermir. bununla baqli mene meslet vererdiz,ve mumkunse unvaninizi yazardiz. Sizde bele arzu olunmaz xesteliklerin mualicesi mumkundurse, yazin
Dr.Orxan Agabəyov | 27 Fevral 2014 08:02
Salam Anonim. Əgər cinsi problemlərin səbəbləri müayinələrdə aşakar olunmur, psixoloji səbəblər əsas ola bilər. Və yaxud, müayinələr düzgün və ya dolğun olmayıb - çox vaxt cinsi zəifliyin səbəblərini araşdıranda ancaq cinsi infeksiyaları yoxlanılır - bu yetərli informasiya deyil. Müntəzəm cinsi həyat yaşamağa çalışın və təkanverici müalicə kursundan keçməyiniz məsləhətdir. Ünvan: Nyu-med klinikası, Həsən Əliyev küçəsi 29. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vuqar | 26 Fevral 2014 18:46
salam hekim menim xayamda yumurtanin biri yerinde deyil yuxari hissededi onun uwaqgin olub olmamasina bir ziyani var?cox xahiw edirem cavab yazin evvelceden cox sag ol
Dr.Orxan Agabəyov | 27 Fevral 2014 07:58
Salam Vuqar.  Bir xayanın olmaması, mütləq problem sayılmır, yəni hər şey qaydasındada ola bilər. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ferid | 26 Fevral 2014 18:31
salam hekim bir sual verim.fahiwe ile qoruyucusuz cinsi elaqede olma zamani hansi xesteliklere yoluxma ehtimali var?,xesteliye yoluxub yoluxmamagi bilmek ucun hansi analizleri vermek lazimdi?,ve birde bu analizleri elaqeden nece gun sonra vermek olar?? evvelceden twk
Dr.Orxan Agabəyov | 27 Fevral 2014 08:06
Salam Ferid. Bu halda hər bir cinsi yolla ötürülən infeksiya ilə yoluxma ehtimalı var. Amma bütün infeksiyaları yoxlamağın mənası yoxdur, ən çox ehtimal olunan infeksiyaları adətən yoxlayırıq və həmdə əlamətlərə uyğun infeksiyalar yoxlanılır. Ciinsi əlaqədən 3-7 gün sonra analiz verə bilərsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
fizuli | 26 Fevral 2014 16:44
salam hekim mende testesteron azligi var . uzumun ve kureyimin sepmeyi testesteron azliginnan olur?
Dr.Orxan Agabəyov | 27 Fevral 2014 07:49
Salam Fizulu. Dəri səpgiləri hormonal pozğunluqla bağlı ola bilər. Amma fərqli səbəblər də ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elnur | 26 Fevral 2014 15:37
Salam.Mənim yoldaşımda Gardenella aşkar olunub? Bu keçicidir? Və nədən keçir? Ümumiyyətlə yaranma səbəbi nədir?
Dr.Orxan Agabəyov | 27 Fevral 2014 07:49
Salam Elnur. Qardnerella haqqında saytda - Qardenerellyoz məqaləsindən oxuya bilərsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
fariz | 26 Fevral 2014 14:22
salam hekim mende muaine zamani diplokokklar pozitiv cixib bu ne kimi gorxulu dur ve nece vaxta mualice olur?? bubu stasionar yoxsa amblator mualice edirler?? xais edirem cavablandirin onceden tesekkurler
Dr.Orxan Agabəyov | 27 Fevral 2014 07:47
Salam Fariz. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
cabbar gulcamal | 26 Fevral 2014 13:30
salam hekim menim 17 yawim var menim pensimimde eyrilik var ne ede bilrerem? cavabiniza gere tewekkurler!
Dr.Orxan Agabəyov | 27 Fevral 2014 07:46
Salam Cabbar. Yüngül dərəcəli penis əyriliyi bir çox kişidə var və xüsusi müalicə tələb etmir. Əgər əyrilik artırsa və ereksiya problemləri yaranırsa, müalicə olunmalıdır. Əməliyyat və ya dərman preparatları ilə müalicə, əyriliyin səviyyəsindən asılıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.