nazim | 27 Mart 2014 15:24
SALAM HEKIM HIDROSEL HAQDA MENE MELUMAT VERERDIZDE ZEHMET OLMASA. EMELIYYATI AGIRDIR? YA YOX? QIYMET NECEDIR? COX XAHIW
Dr.Orxan Agabəyov | 29 Mart 2014 06:44
Salam Nazim. Xeyr, bu sadə əməliyyatdır və əməliyyatdan sonrakı bərpa dövrü qısadır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elnur | 27 Mart 2014 13:26
Salam hekim.menım cınsı orqanım durmus vezıyetde 8-9 smdır.20 yawım var.bunun mualıcesı var? Men hemde kokem arıglaya bılmırem.
Dr.Orxan Agabəyov | 29 Mart 2014 06:44
Salam Elnur. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Uğurlar.
Ilqar | 27 Mart 2014 13:00
Hekim Salam mende cinsi elaqe zamani tez bowalma hali var bu halin qarwisini nece almaq olar?cox sagolun
Dr.Orxan Agabəyov | 29 Mart 2014 05:30
Salam İlqar. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elmar | 27 Mart 2014 12:40
Salam doktor.3ildi aileliyem evladim yoxdu.Analizde 62% cixib ama marfaloji problemim var.1kurs mualice almisam yene eyni haldadi.bas basa quyruq quyruga aktiv birde aqutenal problemim var.neden olur? Nece kurs mualiceyle kecib gedir.Cox sag olun.
Dr.Orxan Agabəyov | 29 Mart 2014 05:25
Salam Elmar. Bu situasiyada müalicənin müddəti və strategiyası, problemin səbəblərindən asılıdır. Yəni, birinci növbədə səbəblər araşdırılmalıdır, sonra hansısa proqnozlar vermək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Samir | 27 Mart 2014 10:13
Salam Hekim.Masturbasiya etmeyin gelecekde zereri varmi?
Dr.Orxan Agabəyov | 29 Mart 2014 05:25
Salam Samir. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
seray | 27 Mart 2014 09:35
salam hekim. men mikroblara qarsi en deqiq analizi hansi klinikada vere bilerem cunki men psr usulu ile vermisem esas mikroblar neqativdir lakin yoldasim qadin analiz verilen yerde verib onda mikrob cixir .
Dr.Orxan Agabəyov | 29 Mart 2014 05:20
Salam Seray. Sual tam aydın deyil. Dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Ferrux | 27 Mart 2014 08:09
Salam Hekim mende Varikasel deyilen xestelik var 2 dereceli hekime muraciet etdim emeliyyat meslehet gordu sizden meslehet almaq isterdim bu haqda
Dr.Orxan Agabəyov | 29 Mart 2014 05:20
Salam Ferrux. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Orik74 | 26 Mart 2014 22:30
Salam, hekim, men dekabr ayinda cinsi elaqeden 2 hefte sonra penisin alt terefinin xayalara birlewik hissesinde daxili sidik kanalinda qawinma hiss etmeye bashladim elimle onu alt hisseden silkeledikce elebil qashimish kimi hiss edirdim amma bilirdim ki daxildedi. Ve sonra bulaniq maye gelirdi penisin bashina indi azalib yox derecesindedi, hardasa 3 ay erzinde azalib hem qashinma hem de o mayenin gelmesi. Bu ne ola biler?
amma cinsi fealliqimda deyiwiklik yoxdu, normal ereksiya olur ve spermanin rengi de normaldi. Birde herden sidik ixrac edende elebil kanalda cox cuzi yanma deyim agri deyim bilmirem, cox azdi. Zehmet olmasa bir izah edin.
Dr.Orxan Agabəyov | 27 Mart 2014 11:53
Salam Orik74. Çox güman ki, cinsi infeksiya ilə yoluxmanın əlamətidir. Ən düzgün variant, cinsi infeksiyaların olub-olmamasını dəqiqləşdirməkdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
fuad | 26 Mart 2014 21:10
salam hekim menim 28 yasim var men son 2-3 ildir cinsi zeiflikden ve agrilardan eziyyet cekirem.Bezen cinsi elaqede olmaq isteyerken ereksiya,hissiyyat olmur. Esasen soyuq vaxtlarda en cox qisda cinsiyyetim ag solgun buzusmus qan islemirmis kimi,uc hissesi buz kimi olur ve goyneyir. Herden 1saatliq isti vanna qebul etdikden sonra 1hefteye yaxin cinsiyyetimde aktivlik canlanma musayet edirem qan isleyir aktiv olur agrilar cekilir ama 1hefteden sonra yene hemin veziyyet tekrarlanir. Soyuq terde oturanda xayalarimda,qarnimin asagi hisselerinde yeni cinsiyyetimin ust hisselerinde agrilar olur sizce bu elametlerin qan damar sistemi ile elaqesi var? Ayaqlarimda usuyur buz kimi olur. Bu elametlerin prostatitinde elametlerine oxsadiginida deyirler.Aileliyem 3ildir bir usagim var. Xahis edirem sualimi cavablandirin.Cox sag olun!
Dr.Orxan Agabəyov | 27 Mart 2014 12:01
Salam Fuad. Bu əlamətlər xroniki prostatitin əlamətləri ola bilər, xroniki prostatitin müalicəsində, ildə 2 dəfə(yazda və payızda) profilaktik kurslar tətbiq olunur. Amma fərqli səbəblər də ola bilər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Intiqam | 26 Mart 2014 20:48
Salam hekim.Men esgerlikde svinka xesteliyine yoluxmusdum.sag xaya hedinden artiq sismisdi.hosbitalda Semkirde 9 gun qaldim sis cekildi. indide sisin biraz qaldigini gorurem.sag xaya sol xayadan boyukdu. bunun fesadi olacaqmi. cavabiniz menim ucun onemlidi
Dr.Orxan Agabəyov | 27 Mart 2014 11:58
Salam İntiqam. Parotit(svinka) xəstəliyinin ən rast gəlinən fəsadı - kişi sonsuzluğudur, yəni xayalar zədələndiyi üçün, spermatogenez(toxumyaranma) prosesi pozulur. Birinci növbədə spermoqramma verin, fəsadların olub-olmamasını öyrənəcəksiniz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.