Andrologiya və Seksopatologiya Azərbaycanda

055 655-00-66 050 363-83-86

















Varikosele

varikocele

Varikosele (damar genişlənməsi) - toxum ciyəsi və xayaların venalarının varikoz genişlənməsidir. Varikosele - spermatozoidlərin hasilatının azalması və spermanın keyfiyyətinin pisləşməsinin ən sıx səbəbidir. Kişi sonsuzluğunun təxminən 50 % halları varikoselenin mövcud olmasından irəli gəlir. Varikosele adətən simptomsuz keçir, nadir hallarda xaya kisəsində ağrılar və ya ağırlıq hissi narahat edə bilər.

Varikoselenin səbəbləri

Varikosele iki səbəb nəticəsində inkişaf edir : 
1. Damar divarının anadangəlmə zəifliyi.
2.Kiçik çanaq orqanları və ya xaya kisəciyinin venalarında qanın yüksək təzyiqi.
Varikoseleyə meyl etdirən amillər - kişik çanaq orqanlarında durğunluq hallarıdır - qəbizlik, cinsi həyatın qeyri - müntəzəmliyi, ağır fiziki iş.



Varikosele nə deməkdir

Biz hamımız bilirik ki, damarların varikoz genişlənməsi ayaqlarda olur - bu xəstəliyi insan ayaqlarına sadəcə baxarkən belə müəyyən etmək olar. Damarların eyni şəkildə genişlənməsi varikosele zamanı da baş verir. Yalnız bu zaman toxum ciyəsini əhatə edən damarlar genişlənir. Bu damarlarla qan xayalardan və ətraf toxumalardan ürəyi doğru axır. Bu zaman qan aşağıdan yuxarı, ağırlıq gücünün əksinə axır. Normada qanın damarlarla geriyə axmasına venoz divarın xüsusi klapan aparatı mane olur. Venaların genişlənməsi zaman bu klapanlar işlərini dayandırırlar, bunun nəticəsində qan axını kəskin şəkildə sürətini azaldır və ümumilikdə xayanın qan təchizatı əziyyət çəkir. Xayanın qan təchizatının pozulması ona gətirib çıxarır ki, onun oksigeni azalmış toxumaları daha pis işləməyə başlayırlar. Bundan başqa normada xayaların temperaturu bədən temperaturundan bir necə dərəcə aşağıdır. Varikosele zamanı xaya genişlənmiş damar kələfinin əhatəsində olur, onun temperaturu bədən temperaturuna bərabər olur və funksiyası daha da pozulur. Bunların hamısı xəstəlik simptomlarının yaranmasına gətirib çıxarır.


Xaya və toxum ciyəsi damarlarının nə qədər güclü genəlməsindən asılı olaraq varikoselenin 4 dərəcəsin ayırd edirlər :

1-ci dərəcə - xaya damarları əl ilə hiss edilmir, onların varikoz genişlənməsi yalnız instrumental yolla müəyyən olunur (USM, doppleroqrafiya) ;
2-ci dərəcə - damarların genişlənməsi ayaq üstə durarkən əl ilə hiss edilir, uzanan vəziyyətdə varikosele müəyyən olunmur ;
3-cü dərəcə - genişlənmiş damarlar həm ayaq üstə durarkən, həm də uzanan vəziyyətdə əl ilə hiss olunurlar. 
4-cü dərəcə - xaya və toxum ciyəsinin genişlənmiş damarları adi gözlə də görünür.

Varikoselenin diaqnostikası

Əgər damarların genişlənməsi böyükdürsə, onda varikosele baxış zamanı uroloq tərəfindən aşkar edilir. Əgər varikoselenin dərəcəsi balacadırsa, onda xüsusi müayinə aparmaq lazımdır - xaya kisəsinin USM və ya doppleroqrafiyası. Varikosele zamanı mütləq spermoqramma aparılmalıdır. 4 - 12 həftəlik aralarla ən azı iki müayinə aparılmalıdır.

Varikoselenin profilaktikası

Toxum ciyəsi damarlarının genişlənməsini azaltmaq üçün bəzən kiçik çanaq orqanlarında durğunluq hallarını aradan qaldırmaq kifayət edir (qarın işləməsinin normallaşdırılması, uzun müddətli fiziki gərginliyin istisna edilməsi, cinsi həyatın tənzimlənməsi, alkoqolun istisna edilməsi və s.).
Bu cür tədbirlərin tətbiqi zaman bir sıra hallarda damarların genişlənməsi azalır, xəstəlik güclənmir.

Varikoselenin müalicəsi

Varikosele müalicəsinin yalnız əməliyyat üsulları mövcuddur. Əgər siz haradasa varikoselenin əməliyyatsız müalicəsi haqqında eşitsəniz - buna inanmayın, əməliyyatsız varikoselenin effektiv müalicəsi mövcud deyil. Əgər xaya kisəsində ağrılar və ya sonsuzluq yaranarsa varikosele zamanı əməliyyat mütləq aparılmalıdır.

Varikoselenin cərrahi müalicəsinin ümumi tanınmış metodu - İvanisseviçin əməliyyatıdır - xaya venasının peritonarxası hissədə bağlanması. Genişlənmiş damarların yox olması üzrə qəti müalicə effekti 3 - 6 aydan sonra əldə olunur. 
Xəstələrin böyük hissəsini həmin axşam və ya səhəri gün evə buraxmaq olar. Pasiyentin normal aktivliyi ikinci gün bərpa olunur. Ev rejimi - 7 - 10 gün. Gələcəkdə 6 ay ərzində mütləq müşahidə və baxış aparılır. Spermoqrammanın nəzarəti aparılır. 

Azərbaycanda əksər hallarda varikosele diaqnozu yalnız baxış nəticələrinə əsaslanaraq, aparat müayinəsi aparılmadan qoyulur, əməliyyat isə spermoqramma göstəriciləri nəzərə alınmadan aparılır. Əgər siz varikoselin olub - olmamasına görə yoxlanmaq istəyirsinizsə və ya sizdə varikosele aşkar olunubsa və siz əməliyyat aparılıb - aparılmamasına görə şübhə edirsinizsə, biz sizə bütün mümkün müayinə və müalicə spektrini təqdim edə bilərik.


Dr. Orxan Agabəyovla Əlaqə:

050 363-83-86 055 655-00-66


Copyright © 2012 www.agabekov.az