Andrologiya və Seksopatologiya Azərbaycanda

055 655-00-66 050 363-83-86

















Uretrit

Sidik-cinsiyyət siteminin ən geniş yayılmış xəstəliyi - uretritdir.  Uretrit – sidik kanalının(uretra) iltihabıdır. Uretritlər iki qrupa bölünürlər: spesifik və qeyri-spesifik uretritlər.

 Spesifik uretritlər - cinsi infeksiya ilə yoluxma nəticəsində yaranır, qonokokk, xlamidiya, trixomonada, mikoplazma, ureaplazma, qardnerella kimi infeksiyalar, spesifik uretritin  əsas törədiciləridir. İnfeksiyalar digər bakteriyalar, viruslar (herpes) və göbələklərlə birlikdə mövcud ola bilərlər, lakin cinsi yolla ötürülən infeksiya mövcuddursa, onda uretrit spesifik sayılır.

  Qeyri-spesifik uretritlər şərti-patogen mikroflora ilə yaranırlar – streptokokk, stafilokokk, bağırsaq çubuqları, protey, göbələklər və s. Spesifik və qeyri-spesifik uretritlərin əlamətlərində, xəstəliklərin inkişafında və onların müalicəsində prinsipial fərqlər mövcud deyildir. Onlar arasında bircə fərq vardır – əgər cinsi infeksiya  aşkar edilibsə, pasientin bütün partnyorları müayinə edilib müalicə edilməlidir.

Bundan əlavə toksik, allergik və digər uretritlərə (sidik yolu kanalının, sidik kateterləri, daşlar da daxil olmaqla yad cisimlərlə zədələnməsi və s.) rast gəlinir ki, onlar yoluxma ilə əlaqəli deyildir, lakin onlar nadir hallarda qeydə alınırlar.

Uretrit əlamətləri

Kişilərdə uretrit əlamətləri yoluxmadan təxminən 5-10 gün sonra müəyyən edilir, lakin aylar keçdikdən sonra da təzahür edilməsi halları da nadir deyildir.

Uretritin əsas əlamətləri aşağıdakılardır:

  • sidik kanalından ifrazatın olması (kəskin iyli,  göy və ya yaşımtıl rəngli selik və ya irin şəklində). Qeyd edilən əlamət səhər saatlarında daha aşkar özünü göstərir. İfrazatın miqdarı fərqli ola bilər.
  • sidik ifrazı zamanı ağrılar. Ağrılar yandırma və yüngül diskomfortdan tutmuş, dözülməz kəsici ağrıya qədər ola bilər. Ağrılar adətən sidik ifrazının əvvəlində yaranır;
  • sidik kanalında yanma hissi, xüsusilə də sidik ifrazından sonra;
  • sidik kanalının dəliyinin qızarması, ağır hallarda yapışqanlıq qeyd edilir;
  • sidik ifrazının tez-tez olması;
  • cinsiyyət orqanın şişkinliyi, yüksək həssalığı, cinsi akt zamanı ağrı hissləri.

 

Uretritin ağırlaşması

Kişilərdə uretritin aşağıdakı ağırlaşmaları qeyd edilir:

  • kəskin uretritin xroniki uretritə keçməsi
  • prostat vəzinin iltihabı(prostatit)
  • toxum kisəciklərinin iltihabı(vezikulit)
  • xayaların  iltihabı (orxit)
  • balanit və balanopostit
  • sidik ifrazı kanalının daralması (uretra strikturu)

Uretritin diaqnostikası


Beləliklə, əgər siz özünüzdə sidik kanalından  ifrazatın olması, sidiyə gedən zaman yanmanı,  sidik kanlında diskomfort hiss edirsinizsə, onda dərhal həkimə müraciət etmək lazımdır. Birinci növbədə, uretritin səbəbini təyin etmək üçün, PZR diaqnostika(cinsi infeksiyaların təyini) keçiriləcək. Əlavə olaraq,  digər orqanlarda( ilk növbədə prostat vəzi və toxum kisəcikləri) da iltihabi prosesin  olub-olmaması öyrəniləcək.

 

Uretritin müalicəsi


Uretritin əsas müalicəsi – antibakterial terapiyadır. Müxtəlif preparatlar mövcuddur və ilk növbədə müayinələrinin nəticələrinə əsaslanaraq, hər bir pasient üçün daha səmərəli olanı seçilir. Ümumi müalicə kursu bir neçə gündən bir neçə həftəyə qədər davam edə bilər və uretritin ağırlığı və dərəcəsindən asılıdır. Müalicə, adətən ev şəraitində aparılır və əgər ilk əlamətlər olduğu təqdirdə başlayırsa, uğurlu olur.

Dr. Orxan Agabəyovla Əlaqə:

050 363-83-86 055 655-00-66


Copyright © 2012 www.agabekov.az