Andrologiya və Seksopatologiya Azərbaycanda

055 655-00-66 050 363-83-86

















Testosteron

Testosteron – orqanizmin başlıca “kişilik” əlamətlərinin inkişaf etməsi və dəstəklənməsinə görə cavabdeh olan əsas cinsi hormonudur. Testosteron kişi orqanizmində, əsasən xayalarda(Leydiq hücüyrələrində) sintez olunur.

Bədən quruluşunun kişi tipli formalaşması(enli çiyinlər, ensiz çanaq), üzdə və bədəndə tüklənmə, səsin qalınlaşması, spermanın yaranması, cinsi istək və cinsi güc - birbaşa testosteronun səviyyəsindən asılıdır. Kişi orqanizmində cinsi hormonların sintezinin tədricən azalması təbiidir və bu proses 40-50 yaşlarından başlayır, lakin qeyd edilən azalma prosesi daha əvvəl (30-35 yaşlardan) başlaya bilər. Bu prosesə kişi klimaksı, andropauza və ya PADAM  ( “partial androgen deficiency in aging male”) “yaşlı kişilərdə qismən androgen defisiti” sindromu deyilir.

Yaş faktorundan əlavə testosteron səviyyəsi həmdə genetikadan, bədən çəkisindən, keçirilmiş  stresslərdən və fiziki yükləmələrdən, həyat tərzindən (oturaq həyat, artıq çəki), siqaret çəkməkdən və digər müxtəlif yanaşı xəstəliklərdən də asılıdır. Testosteron səviyyəsinin fizioloji olaraq aşağı düşməsi ilə yanaşı, hazırda kişilərdə onun güclü şəkildə aşağı düşməsi müşahidə edilir ki, bu başlıca olaraq insan orqanizminə qida ilə birlikdə antiandrogenlərin daxil olması ilə əlaqədardır. Həmçinin psixoloji amillərdə müəyyən əhəmiyyətə malik olurlar. İstənilən stress, o cümlədən neqativ hisslər və düşüncələr, cinsi hormonların sekresiyasının pozulması ilə müşahidə edilir və testosteron azlığına gətirib çıxara bilər.

Testosteron azlığı isə, kişi orqanizmində bir sıra pozuntulara gətirib çıxarır. Bütün əlamətləri bir neçə qrupa bölmək olar:

Testosteron azlığı əlamətləri

Cinsi pozuntular:

  • cinsi istəyin (libidonun) aşağı düşməsi
  • cinsi zəiflik
  • orqazmın pozulması
  • spermanın keyfiyyətinin və kəmiyyətinin aşağı düşməsi

Vegetativ damar pozuntuları:

  • üzün, boyunun, bədənin yuxarı hissəsinin qəfil qızartıları
  • hərarət hissi
  • arterial təzyiq səviyyəsinin dəyişməsi
  • ürəkdə ağrılar
  • baş ağrıları
  • baş fırlanmaları
  • hava çatışmamazlığı hissi

Psixoemosional pozuntular:

  • əsəbilik
  • tez yorulma
  • yaddaş və diqqətin zəifləməsi
  • yuxusuzluq
  • depressiya
  • ümumi hissetmənin və iş qabiliyyətinin aşağı düşməsi

Somatik pozuntular:

  • əzələ kütləsi miqdarı və gücün azalması
  • sümük toxuması sıxlığının aşağı düşməsi
  • süd vəzilərinin böyüməsi
  • piy toxumaları kütləsinin artması
  • bədəndə, qasıqda tüklənmənin azalması
  • dərinin nazikləşməsi və atrofiya

Testosteron azlığı zamanı baş verən dəyişiklər

Cinsi gücün azalması və ya tamamilə itirilməsi ona gətirib çıxarır ki, kişi özünü həyatın bütün sahələrində olduqca bədbəxt hiss edir. Yataqda uğursuzluqlardan qorxan kişi seksdən yayınmağa başlayır. Bu isə ilk növbədə hormonların emalını daha da ləngidir. Və nəticədə hələ də normal seksual həyata qadir olan kişi özü özünü bundan məhrum edir.

Tədricən ereksiyanın zəifləməsi baş verir. Bu ondan başlayır ki, səhərlər daha az ereksiya baş verir. Səhərlər yuxudan oyanan zaman testosteronun yüksək səviyyədə olması ilə əlaqədar olan belə ereksiyalar olduqca mühümdür, axı onlar erektil mexanizmin qaydada olmasını göstərir. Androgen çatışmamazlığı dövründə belə ereksiyaların yox olması testosteron səviyyəsinin aşağı düşməsi səbəbindən baş verir.

Lakin bu dövrdə digər problemlər də baş qaldırır: ereksiya daha ləng yaranır, onu saxlamaq daha çətin olur və o daha az müddət ərzində davam edir. Kişi həddən artıq tez hərəkət etməyə başlayır ki, bu da qadına həzz almağa mane olur. Həddən artıq tələskənlik öz növbəsində erkən boşalmaya gətirib çıxarır.

Kişidə testosteron çatışmamazlığı zamanı rast gəlinən xoşagəlməz problemlərdən biri - ereksiya vəziyyətində öncə olan ölçülərə nisbətdə cinsi orqanın ölçülərinin kiçilməsidir. Və bu problem nəticəsində harmonik seksual münasibətlərə malik olan partnyorlar arasında konfliktlər yarana bilər. Bundan əlavə, kişi hər bir xırda şey üstündə əsəbiləşməyə başlayır, onda tez-tez əhval dəyişikliyi baş verir.

Testosteron azlığının müalicəsi

İlk növbədə əmək və istirahət rejimini, pəhrizi tənzimləmək, hipodinamiyanı(hərəkətsizliyi) aradan qaldırmaq, artıq bədən çəkisindən xilas olmaq zəruridir, bundan əlavə isə xüsusi müalicə təyin ediləcəkdir (hormonal terapiya, adaptogenlər və s.). Müasir dərman preparatları və müalicə metodları yaşlaşmaqda olan kişi orqanizminə cavanlıq dövrünü uzatmağa imkan verir və nəticədə kişi daha çox özünə əmin, xöşbəxt və həyatından razı olur. Uğurlar!

Tags:     Testosteron      kişi cinsi hormonu      kisi cinsi hormonlari      testosteron nədir
Dr. Orxan Agabəyovla Əlaqə:

050 363-83-86 055 655-00-66


Copyright © 2012 www.agabekov.az