Andrologiya və Seksopatologiya Azərbaycanda

055 655-00-66 050 363-83-86

















Spermoqramma

Son illərdə Azərbaycanda sonsuz ailə cütlüklərinin sayı olduqca artmışdır. Sonsuz o nigah hesab edilir ki, 1 il müddətində qorunma vasitələrindən istifadə etmədən müntəzəm cinsi həyat sürülməsinə baxmayaraq hamiləlik baş vermir. Kişi sağlamlığının pisləşməsi səbəbindən sonsuzluq ailə cütlüklərinin 40-50%-də baş verir. Kişilərin mayalanma qabiliyyəti haqqında təsəvvür yaradan əsas müayinə(analiz) spermoqrammadır –toxum (spermanın) analizi. Sperma kişi cinsi hüceyrələrindən – spermatozoidlərdən ibarətdir və onların yaşama mühiti – toxum mayesidir. Spermatozoidlər xayalarda yaranır. Toxum mayesi isə cinsi vəzilərin - əsasən toxum kisəcikləri(vezikulalar) və prostat vəzinin fəaliyyəti məhsuludur.

Spermoqramma nə vaxt verilir?

Spermoqramma analizindən aşağıdakı hallarda keçmək məsləhətdir:


1. 1 il müddətində qorunma vasitələrindən istifadə etmədən müntəzəm cinsi həyat sürülməsinə baxmayaraq cütlükdə hamiləlik baş verməmiş olsun;

2. Kişinin öz cinsi sağlamlığının vəziyyətini və öz mayalanma qabiliyyətini öyrənmək arzusu olduqda, misal üçün, nigaha daxil olmazdan əvvəl;

3. Əgər hamiləlik baş verir, lakin o düşmələrlə bitir, və ya döldə hər hansı patologiyalar müşayət edilirsə;

4. Kişi cinsiyyət vəzilərinin iltihablı xəstəliklərinin diaqnostikası zamanı (prostat, toxum kisəcikləri və s.).

Sperma analizini necə dəfə vermək lazımdır?

Obyektiv və tam etibarlı nəticələrin əldə edilməsi üçün lazımdır ki, tədqiqatlar 2-3 həftə fasilə ilə iki dəfə həyata keçirilsin. Lakin, heç olmasa iki tədqiqatdan birinin nəticələrində hər hansı bir pozuntu aşkar edilərsə, spermoqrammanı azı iki dəfə də təkrar vermək lazımdır.

Spermoqramma analizinə necə hazırlaşmaq lazımdır?

Tam etibar edilə biləcək spermoqramma nəticələri əldə etmək məqsədi ilə analizdən əvvəl lazımdır:

1. 3-4 gün ərzində cinsi əlaqədə olmamaq (2 gündən az və 7 gündən çox olmayaraq). Bunun üçün kişi 3-4 gün ərzində istənilən şəkildə toxum ifrazından özünü saxlamalıdır: masturbasiya, yuxuda toxum axması (pollusiya).

2. Təkrar (nəzarət) analizlərin keçirilməsi zamanı eyni fasilə dövrünə riayyət etmək lazımdır.

3. Pivə də daxil olmaqla spirtli içkilərin, güclü təsir göstərən preparatların (yuxu və sakitləşdirici vasitələr) qəbulundan həmin müddət ərzində imtina etmək;

4. Sauna, hamam, eləcə də qaynar vanna qəbul edilməsindən 2-7 gün ərzində imtina etmək;

5. Spermoqramma analizinə hazırlıq dövründə dərman vasitələrinin qəbulunu (həkim ilə xüsusi olaraq razılaşdırılan dərmanlar istisna edilməklə), ağır fiziki və psixi emosional yükləmələri, istisna etmək lazımdır.

6. Spermoqramma analizinə hazırlıq dövründə tam həcmli yuxu və kifayət qədər qidalanma zəruridir.

Spermanı necə əldə etməli?

Analiz üçün spermanı əldə etmənin ən geniş yayılmış yolu masturbasiyadır. Spermanı masturbasiya yolu ilə klinikada, xüsusi avadanlıqla təchiz olunmuş otaqda əldə edirlər və xüsusi olaraq sperma toplanması üçün olan qaba yığırlar. Çox mühümdür ki, sperma yığılması üçün olan qaba bütün eyakulyat düşsün. Spermanın bir hissəsinin itməsi, analizin nəticələrini yanılda bilər. Spermanın ev şəraitində yarımçıq dayandırılmış cinsi akt yolu ilə toplanması vasitəsindən istifadə etmək məsləhət deyil, belə ki, cinsi əlaqə zamanı daha çox spermatozoidlərin olduğu ilk sperma axınının itirilməsi təhlükəsi vardır, bundan əlavə uşaqlıq yolunun turş mühiti də spermatozoidlərə mənfi təsir göstərir. Buna istisna hal kimi, əgər xəstədə qeyri-ev şəraitində sperma verilməsi məsələsi alınmadıqda yol verilir. Həm də bu zaman içində sperma olan qab 20 dəqiqə ərzində klinikaya çatdırılmalıdır. Eləcə də, prezervativlə cinsi əlaqə zamanı material toplanması məsləhət görülmür, belə ki, prezervativlər spermatozoidlərin hərəkətliliyinə mənfi təsir göstərə bilən xüsusiyyətlərə malikdirlər.

Spermoqramma – ÜST-nın 2010-cü il normaları

2010-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) eyakulyat(sperma) göstəricilərinin referans dəyərlərinə yeni dəyişikliklər edərək onun tədqiq edilməsi metodikasını dəyişdi. ""WHO laboratory manual for the examination and processing of human semen" nəşrinin sonuncu, 5-ci nəşrində spermatozoidlərin say və hərəkətlilik normaları, normal formalı spermatozoidlərin sayı dəyişdirilmişdır. Belə ki, misal üçün, hərəkətli spermotozoidlərin a, b, c, d qrupları üzrə siniflərə bölünməsi ləğv edilmişdir. Bunun əvəzinə spermatozoidlərin proqressiv hərəkət, qeyri-proqressiv hərəkət və hərəkətsiz siniflərə bölünməsi qəbul olunub.

Aşağıda ÜST-nın 2010-cu il üçün olan yeni tövsiyyələri ilə eyakulyat göstıricilərinin normaları verilmişdir:

                                                                  Göstərici:                                                                   Dəyər:

                                                                Eyakulyat həcmi, ml                                             1,5 və daha çox

                                                               Spermatozoidlərin ümümi sayı, mln.                         39 və daha çox

                                                               Spermatozoidlərin konsentrasiyası,1 ml-də mln.          15 və daha çox

                                                               Spermatozoidlərin ümumi hərəkətliliyi, %                   40 və daha çox

                                                               Proqressiv hərəkətli spermatozoidlər, %                    32 və daha çox

                                                               Həyatqabiliyyətlilik, %                                            58 və daha çox

                                                               Morfologiya: normal formalar,%                               4 və daha çox

Qəbul edilmiş normalara müvafiq olan eyakulyat(sperma) normal adlanır və həmin eyakulyatın vəziyyəti "normospermiya" və ya "normozospermiya" termini ilə qeyd edilir.

Spermanın patoloji vəziyyəti

Spermanın patoloji vəziyyətini təsvir etmək üçün aşağıdakı terminlərdən istifadə olunur:

Oliqozoospermiya – spermatozoidlərin konsentrasiyasının normativ dəyərlərdən aşağı olması;

Astenozoospermiya – spermatozoidlərin hərəkətliliyinin normativ dəyərlərdən aşağı olması;

Teratozoospermiya – spermatozoidlərin morfologiyasının normativ dəyərlərdən aşağı olması;

Azoospermiya – eyakulyatda spermatozoidlərin mövcud olmaması;

Aspermiya – eyakulyatın olmaması (belə halda dəyər "aneyakulyasiya" termininə müvafiq olur, lakin bir sıra mütəxəssislər eyakulyatı təsvir etmək üçün "aspermiya" terminindən istifadə edirlər ki, nəinki spermatozidlər, həm də yetişməmiş spermatogenez hüceyrələri də yoxdur).

Oliqospermiya – eyakulyat həcminin normativ dəyəələrdən aşağı olması;

Leykositospermiya(piospermiya) – leykosit konsentrasiyasının normaiv dəyərlərdən yüksək olması;

Akinospermiya (akinozoospermiya) – spermatozoidlərin tam hərəkətsizliyi;

Nekrospermiya (nekrozoospermiya) – eyakulyatda diri spermatozoidlərin olmaması;

Hemospermiya - eyakulyatda qanın (eritrositlərin) mövcud olması;

Spermaqqlütinasiya – spermatozoidlərin spesifik yapışması, onların bir-birinə yapışması. Spermaqqlütinasiya zamanı hərəkətli spermatozoidlər kiçik yapışma qrupları yaradırlar – bir neçə spermatozoid hüceyrələrinin eyni hissəsi ilə yapışırlar.

Yekun

Yadda saxlayın, eyni kişidə spermoqramma nəticələri nəzərəçarpacaq dərəcədə dəyişə bilər, buna görə də onun mayalanma qabiliyyətinin qiymətləndirilməsi ancaq həkim tərəfindən, tam müayinə edildikdən sonra verilə bilər. Uğurlar!

Tags:     Spermoqramma      spermanin terkibi      spermaqramma      spermanin analizi      spermanin faizi
Dr. Orxan Agabəyovla Əlaqə:

050 363-83-86 055 655-00-66


Copyright © 2012 www.agabekov.az