26411
5 Aprel 2016
Protein və cinsi güc
Protein və cinsi güc

Qadının gözündə, cinsi  gücünü və cazibədarlığı itirmək qorxusu bir çox minilliklər ərzində kişiləri təqib edir. Elə indidə bu problem ən aktual problemlərdən biridir. Daimi streslər, yanlış qidalanma, cinsi infeksiyalar, siqaret çəkmə və həddindən artıq alkoqol qəbulu – bunların hamısı sağlamlığı artırmır və ereksiyaya mənfi təsir göstərir. Yuxarıda sadalananların fonunda istənilən əlavə faktor seksual həyata mənfi təsir göstərə bilər.

Məhz buna görə əksər  məşq edən kişilər idman qidalarının (Azərbaycanda bütün idman qidalarına “protein” deyilir ) cinsiyyət sisteminə təsir edib etmədiyini və onun qəbulunun hansı hallarda lazım olunduğunu soruşurlar.
Proteinin və cinsi gücün bir-birinə uyğunsuzluğundan indiki zamanda çox danışırlar. Tez-tez eşitmək olar ki, protein cinsi gücü azaldır. Bunun belə olub olmadığını aşağıda müəyyənləşdirməyə çalışaq.

Nə üçün  protein istifadəsinin cinsi gücə mənfi təsiri barəsində şayiələr yayılmışdır?

İdman qidaları haqqında xoşagəlməz söhbətlərin yaranmasına təsir edən bir neçə səbəb mövcuddur və idman qidalarının kişi sağlamlığı üçün təhlükəli hesab olunmasına zəmin yaratmışdır.

Səbəb №1. İdmanda 2 tip vasitələr istifadə olunur  - idman qidaları (protein, amino, qeyner və s.) və steroidlər.  Məlumdur ki, bodibildinqdə steroidlərin tətbiqi istər-istəməz orqanizmdə ciddi pozuntulara, o cümlədən testesteron hasilatının azalması nəticəsində cinsi zəifliyə gətirib çıxara bilər. Çoxları düşünürlər ki, idman  qidaları və steroidlər eyni vasitələrdir. Əslində isə bu vasitələr tamamilə fərqlidi –steroidlər hormonal dərman preparatlarıdı, idman qidaları isə - süddən, ətdən və yumurtadan hazırlanan QİDALARDI.  Proteinin  zərərli təsiri haqda “nağıl” da ilə buradan yaranlb.

Səbəb №2.  Kişiliyə real təsir edən faktorlardan biri də fiziki yüklənmələrin həddindən çox olmasıdır. Qida əlavələrinin qəbulu deyil, məhz gündəlik üzücü məşqlər məşq edən insanların sağlamlığına mənfi təsir edir. Buna görə də məşq rejiminiz elə olmalıdır ki, yüklənmələr orqanizmdə mənfi deyil, müsbət dəyişikliklər yaratsın.  Yuxu və istirahət rejiminə riayət etmə -orqanizmin bərpa olunma proqramının həyata keçirilməsi üçün əsas şərtdir. Bu prosesdə böyük rolu qidalanma rasionu oynayır. Əgər bütün bunlar baş vermirsə, potensiya zəifləyəcəkdir və bunun səbəbi protein deyil.

Səbəb №3. Əgər yeni başlayan idmançı proteinin cinsi gücə necə mənfi təsir göstərdiyi haqda heç olmasa bir dəfə hər hansı bir əhvalat eşidibsə, bu istər-istəməz onun düşüncəsində iz qoyur və “kişiliyə” real təsir göstərə bilər, çünki kişinin cinsi gücü yalnız fiziki sağlamlıqdan deyil, həm də psixoloji vəziyyətdən asılıdır. Bu hal elmdə çoxdan məlumdur və “plasebo effekti” adlandırılmışdır. Bu el içində yayılmış şayiə ilə yeganə mübarizə üsulu idman qidaları haqqında oxumaq və informasiya toplamaqdı. Bu bütün mifləri alt-üst etmək və optimal idman qidasını savadlı şəkildə seçməyə kömək edəcəkdir.

 

İdman qidaları nədir?

İdman qidaları —  sağlam həyat tərzi sürən insanlar  üçün hazırlanmış qida əlavələri qrupudur. Adətən, idman qidaları xüsusi təsirə malikdirlər, bəzi məhsullar yüksək kaloriliyi ilə seçilirlər və əzələ kütləsinin yığımı üçün uyğundurlar. Digərləri isə çəkinin azaldılması məqsədilə hazırlanırlar. Müəyyən idman qidaları məşqlərdən sonra bərpa prosesini sürətləndirir, digərləri isə gücü və enerjini artırır.

Nəticə

Idman qidaları - dərman preparatı deyil və dopinq sayılmır və bütün idman növlərində rəsmi istifadə olunur. Azərbaycanda çox vaxt, idman qidaları ilə steroid hormonlarını qarışdırırlar və steroidlərə xas olan yan təsirləri idman qidalarına aid edirlər. Amma bu tamamilə səhvdir! İdman qidaları tam təbii (heyvan və ya bitki) mənşəli komponentlərdən hazırlanır və əlbəttə ki nə cinsiyyət sisteminə, nə də ki ümumi orqanizmə mənfi təsir göstərmir, əksinə müsbət təsir edir.
Əgər siz idman qidası qəbul etməyə qərar vermisinizsə, ən əsas diqqət yetirməli olduğunuz faktor – məhsulun orijinal olmasıdır. Həmin idman qidasının ucuzluğuna aldanmayın, çünki siz keyfiyyətli məhsul əvəzinə həqiqətən də faydalı olmayan və potensiyaya mənfi təsir göstərə biləcək bir məhsul ala bilərsiniz.
Özünü yaxşı tərəfdən tanıtmış mağazadan, keyfiyyətli idman qidası seçib, məqsədlərə, ən əsası bədən quruluşunda müsbət dəyişiklərə nail olmaq olar. Uğurlar!

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda