Andrologiya və Seksopatologiya Azərbaycanda

055 655-00-66 050 363-83-86

















Birinci toy gecəsi

Hər bir ailənin həyatında elə anlar - saatlar, bəlkə də dəqiqələr var ki, hansılar ki, ailəni monolit və xöşbəxt edə və ya dibindən vurub yıxa bilər. Belə anların birinə birinci toy gecəsi də aiddir. Onore de Balzak bu haqda belə yazırdı: «Nigahın müqəddaratı birinci toy gecəsində həll olunur». Hətta müəyyən faiz hallarda gələcək həyat yoldaşlarının ilk intim yaxınlığı toydan əvvəl baş verdiyi hallarda belə, və əgər təzə evlənənlərini biri və ya hətta ikisi də müəyyən cinsi həyat təcrübəsinə malik olduğu halda belə birinci toy gecəsi heç də gələcəkdə minlərlə olacaq adi ər - arvad gecəsi deyil. O - birincidir.

Azərbaycan - özünün əsrlərdən bəri davam edən adət - ənənələri  ilə yaşayan ölkədir:  elçilik, evlilik, birinci toy gecəsi və s. Təəssüf ki, ölkə əhalisinin böyük hissəsi (informasiya azlığı bəzən isə həm də səhv tərbiyə səbəbindən) ailə həyatı üçün hazır deyil. Mühüm problemlərdən biri - birinci toy gecəsidir. Məhz uğursuz cinsi debüt ən müxtəlif psixoloji və seksoloji problemlərin səbəbidir. Buna görə də ölkədə viroqamiya (bakir nigah) geniş yayılmışdır, bu zaman nigaha daxil olmuş kişi və qadın uzun müddət ərzində cinsi yaxınlıq edə bilmirlər.

Jan Jak Russo deyirdi : «Bakirəlik - qadına anadan olduğu zaman qismətinə düşən ən böyük cehizidir». Azərbaycanda gəlinin bakirəliyi çox vacibdir. Bunun nəticəsində hətta xüsusi insanlar da təyin olunurlar (yengə), həmin şəxs birinci toy gecəsindən sonra hər şey qaydasında olduğunu təsdiq etməlidir. 
Kifayət qədər böyük sayda kişilərdə birinci toy gecəsində  müxtəlif problemlər, qorxular meydana çıxır, bunlar da ereksiyanın itirilməsinə səbəb olur və tutarsızlıq, sürətli sperma axıtma, gələcəkdə isə - müvəffəqiyyətsizliyə uğramaq, “rüsvay olmaq”, öz kişilik mənsubiyyətini təsdiq etməmək qorxusu ilə xarakterizə olunurlar.     

Birinci toy gecəsində uğursuzluqların səbəbləri

Birinci toy gecəsində kişilərdə əmələ gələn problemlərin səbəbləri aşağıdakılardır :

1. İntim şəraitin olmaması.

2. Qarşıda duran “hesabat”, yəni cinsi əlaqənin müvəffəqiyyəti haqqında, gəlinin bəkarəti haqqında düşüncələr (bizim yuxarıda birinci gecənin adət və ənənələri haqqında qeyd etdiyimiz kimi).

3. Öz seksual bacarığı (cinsi orqanın ölçüləri), ereksiyanın sabitliyi, bakirəlik pərdəsini aşmaq qabiliyyəti və gəlini seksual cəhətdən təmin etməyə görə qorxu.

4. Gəlinin müqavimət göstərdiyi, onun gərginliyi zamanı yaranan problemlər, xüsusilə də cəsarətsiz, utancaq, səksəkəli - vasvası kişilərdə.

5. Cinsi yaxınlığın yubadılması zamanı (aybaşı dövrü, gəlinin qorxusu, hansısa gözlənilməyən hallar) yaranan problemlər, xüsusilə də cinsi təcrübənin olmadığı, səksəkəli - vasvası cəhətli xarakteri olan kişilərdə.

6. Çox zaman qızın bəkarətinə ən başdan şübhə ilə baxan kişilərdə bakirəliyin təsdiq olunması, onun yoxlanılması, cinsiyyətinə nəzarət haqqında düşüncələr müşahidə olunur. Bəzən bakirəliyin bərpa olunmasının yoxlanılması, təsdiq olunması məqsədilə əlaqənin qəsdən uzadılması meydana çıxır.

7. Cinsi yolla ötürülən xəstəliklə gəlini yoluxdurma qorxusu (prezervativlərin istifadə olunması, hansı ki, həyəcanı gücləndirir və nəticədə ereksiyanın itməsinə gətirib çıxara bilər).

8. Qan, qanaxma qorxusu. 


Birinci toy gecəsində cinsi əlaqəyə aid məsləhətlər 

Birinci toy gecəsinə əsaslı şəkildə hazırlaşmaq lazımdır. Əhəmiyyəti az olmayan detalları nəzərə almaq lazımdır: birinci intim görüşün keçəcəyi otaqda qapını bağlamaq, onun işıqlandırılmasının qeydinə qalmaq (həddindən artıq gur işıq cavan qadını artıq dərəcədə utandırır, tam qaranlıq isə kişini öz həyat yoldaşının çılpaq bədənin görməkdən məhrum edir), əl altında təmiz salfetlər, dəsmallar hazırlamaq lazımdır.

Bu zaman iki məqama diqqət yetirmək lazımdır. Birincisi, koitus (cinsi akt) zamanı kişi əminliklə hərəkət etməli, müəyyən təzyiq nümayiş etdirməli və yalnız özünün deyil, həm də partnyorunun yerinə qərarlar qəbul etməlidir. Eyni zamanda qadın qorxudan başını itirməməli və partnyoru həddən artıq cəhdlə özündən itələməməlidir, çünki onun “qəhrəmancasına” müdafiəsi, bir qayda olaraq, ağrı hissləri səbəb olur, çünki kişi müəyyən güc tətbiq etmək məcburiyyətində olur.

Özün üçün dəqiq aydınlaşdırmalısan ki, söhbət təsəvvürləri qızışmış təxəyyüldə canlanan  hər hansı bir dözülməz ağrı və dəhşətli qanaxmadan deyil, yüngül, ola bilsin ki, bir qədər xoşagəlməz, ağrı hissindən gedir, hansı ki, biz özümüz vəziyyəti öz düşünülməmiş hərəkətlərimizlə mürəkkəbləşdirməsək - bir neçə saniyə davam edir. Bununla yanaşı yaddan çıxartmaq lazım deyil ki, koitus zamanı düzgün pozanın, vəziyyətin seçilməsi və qızlıq pərdəsinin gərilməsi ağrı anını xeyli azaldır və ağrı hissini minimuma qədər azaldır.

Ağrılı ciinsi əlaqəyə yol verməmək üçün qadın birinci cinsi əlaqədən əvvəl yanının altına mütəkkə şəklində bükülmüş balış və ya divan mütəkkəsini elə qoymalıdır ki, çanaq bir qədər yüksəkdə olsun. Yana aralanmış və dizlərdə bükülmüş ayaqlarını qadın mümkün ola bildiyi qədər döş qəfəsinə yaxın sıxmalıdır, çünki bu cür vəziyyətdə uşaqlıq yoluna girişin yuxarı hissəsi qasıq və klitora yaxın yerləşir. Geniş şəkildə aralanmış ayaqlar döş qəfəsində sıxıldığı zaman bakirəlik pərdəsi uşaqlıq yoluna girişdə maksimal sürətdə gərilmiş olmur, bu da onun yarılmasını asanlaşdırır. Düzgün pozanın seçimi ilə yanaşı aralığın əzələlərinə də diqqət yetirmək lazımdır. Qadın onları boş saxlamağı bacarmalıdır ki, cinsi orqanın uşaqlıq yoluna (vaginaya) sərbəst keçməsi asanlaşsın. Bundan başqa, bilavasitə cinsi əlaqədən əvvəl uşaqlıq yolunun giriş sahəsini xüsusi vaginal sürtgü ilə bir qədər yağlamaq məqsədəuyğundur. Beləliklə, ilk toy gecəsində çətin bir şey yoxdur, özünüzə əmin olun və hər şey super olacaq !

Dr. Orxan Agabəyovla Əlaqə:

050 363-83-86 055 655-00-66


Copyright © 2012 www.agabekov.az