Andrologiya və Seksopatologiya Azərbaycanda

055 655-00-66 050 363-83-86

















Ureaplazmoz və mikoplazmoz

Ureaplazmozmikoplazmoz - cinsi yolla ötürülən və mikoplazmalar adı tərəfindən törədilən xəstəliklərdir. Mikoplazmalar - cinsiyyət orqanları və sidik yollarının selikli qişalarında yaşayan çox kiçik bakteriyalardır.
Insanda təsadüf olunan kifayət qədər böyük sayda mikoplazmalar arasında müəyyən şərtlərdə xəstəliyə səbəb ola biləcək yalnız 4 növ var. Onlardan biri - Mycoplasma pneumonia - tənəffüs sistemini zədələyir, bronxların, ağ ciyərlərin iltihabi xəstəliklərinə səbəb olur. Qalan üçü - Mycoplasma genitalium, Mycoplasma hominis, Ureaplasma urealiticum - sidik - tənasül mikoplazmozunun (ureaplazmozun) törədiciləridir, hal - hazırda o, cinsi yolla ötürülən xəstəliklər arasında əhəmiyyətli yer tutur.
Dərhal demək lazımdır ki, ureaplazmalarmikoplazmalar şərti patogen mikroorqanizmlərdir. Onlar bir sıra xəstəliyə səbəb ola bilərlər, lakin eyni zamanda çox vaxt praktiki sağlam insanlarda da müşahidə oluna bilər. Yoluxma qorunmamış cinsi əlaqə zamanı yoluxmuş partnyotrdan baş verir. 

Ureaplazma və mikoplazmanın əlamətləri
Əksər hallarda, xüsusilə də qadıınlarda az simptomlu şəkildə keçir. Buna baxmayaraq, bəzi simptomlar yoluxma zamanı təzahür edə bilərlər :

Kişilər :
 •sidik ifrazı zamanı agrı və diskomfort

• sidik kanalından selikli ifrazatın gəlməsi

•qasıq nahiyəsində ağrı

Qadınlar:
• uşaqlıq yolundan gələn ifrazatın rənginin və miqdarının dəyişməsi (çoxlu selikli, selikli - ağ ifrazatın əmələ gəlməsi) ;cinsi əlaqə zamanı qarının aşağı hissəsində ağrılar;

• sidik ifrazı zamanı agrı və diskomfort

•cinsi əlaqə zamanı qarının aşağı hissəsində ağrılar.

Ureaplazma və mikoplazmanın diaqnostikası
Törədicinin müəyyən edilməsi üçün PZR metodundan istifadə edirlər. 

Ureaplazma və mikoplazmanın müalicəsi
Ureaplazmoz və mikoplazmozun müalicəsi üçün antibiotiklər və immunomodulyatorlar təyin edilir. 
Cinsi partnyorların birinin xəstələnməsi zamanı ikinci partnyoru da mütləq müayinə etmək və infeksiya müyyən edildiyi təqdirdə - müalicə etmək lazımdır. Müalicə müddətində cinsi həyatı dayandırmaq, həmçinin alkoqol və acı yeməklərdən imtina etmək, həddindən artıq fiziki və ruhi gərginliklərdən çəkinmək lazımdır. Müalicədən sonra xəstə məcburi qaydada laborator kontroldan keçməlidir. 

Ureaplazma və mikoplazmanın profilaktikası

Cinsi yolla keçən infeksiyalar - qorunma metodları və profilaktika üsülları haqqında- Cinsi yolla keçən xəstəliklər bölməsində oxumaq olar.

5y6M3dawO6
Dr. Orxan Agabəyovla Əlaqə:

050 363-83-86 055 655-00-66


Copyright © 2012 www.agabekov.az